Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO

OXUNUB: 596 HADİSƏ

Zaqatalanın Suvagil kənd sakini, 46 yaşlı Nəcəf Balayev kəndin inzibati ərazisində çöllük sahədə mal-qara otaran zaman əyninə gödəkcə geymək istədikdə, üst geyiminin qolunda gizlənmiş gürzə ilanı onun sol əlindən sancıb.

İcmal.az-ın məlumatına görə o, yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən Nəcəf Balayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

Nəcəf Balayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.


RƏYLƏR