Zaur Darab-zadə polisə müqavimət göstərib? - İşi məhkəməyə verildi

OXUNUB: 688 GÜNDƏM HADİSƏ
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darab-zadə barəsində inzibati protkol tərtib edilib. 

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) ilə ittiham edilir. 

Bu maddədə fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulur. 

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin icraatındadır. 

Zaur Darab-zadə "Day.Az Radio"nu yaradıb. O, həmçinin "Day.Az Media" şirkətində direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda "FIFA U-17" qadınlararası dünya çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq, koordinator vəzifəsində çalışıb.

2015-ci ildə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib. 

Zaur Darab-zadə 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd olub. /Qaynarinfo

RƏYLƏR