Zəlzələ bölgəsində olan nazir Akar NATO toplantısına qatılmayacaq

OXUNUB: 208 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kahramanmaraşın Pazarcık və Elbistan mərkəzli zəlzələlərindən sonra Hatay da daxil olmaqla 10 vilayətdə başlayan axtarış-xilasetmə işləri davam edir. Zəlzələdən dərhal sonra Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Quru Qoşunları komandanı, ordu generalı Musa Avsever ilə birlikdə Hatay'a gələn nazir Akar 9 gündür ki, axtarış-xilasetmə, həyat dəstəyi və sağlamlıq işlərini yerində izləyir. Nazir Akarın zəlzələ bölgəsindəki işi ilə əlaqədar NATO Müdafiə Nazirləri Toplantısına qatılmayacağı, Türkiyəni NATO-nun daimi nümayəndəsi Levent Gümrükçü ilə təmsil edəcəyi bildirilib.

7NEWS.az

RƏYLƏR