Zəlzələ bölgəsindən Mersinə 14 min 735 yaralı gəldi

OXUNUB: 124 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Episentri Kahramanmaraş olan və 10 vilayətdə minlərlə insanın ölümünə, 10 minlərlə yaralanmasına səbəb olan zəlzələlərdə axtarış-xilasetmə işləri davam edərkən, yaralıların köçürülməsi davam edir. Başda Kahramanmaraş, Osmaniye və Hatay olmaqla zəlzələdə dağıntılar altından çıxarılan yaralıların çoxu Mersinə köçürülüb. İl Sağlamlıq Müdirliyinin koordinasiyasında həm qurudan, həm də dəniz yolu ilə gətirilən yaralıların əksəriyyəti başda şəhər xəstəxanası olmaqla şəhərin bir çox xəstəxanasında müalicə olunub. İndiyədək 14 735 yaralının gəldiyi, vəziyyəti yüngül olanların isə müalicə olunaraq evə buraxıldığı bildirilib.

7NEWS.az

RƏYLƏR