Zəlzələ Türkiyənin ən mühüm tarixi yerlərini də vurdu: Tarixi Parlament binası DAĞILDI

OXUNUB: 182 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, zəlzələ Türkiyənin ən mühüm tarixi yerlərini də vurub. Nemrut, Zeugma və Göbeklitepe zəlzələdən zərər görmədi. Hatay Arxeologiya Muzeyinə qismən ziyan dəyib. Tarixi Hatay Parlament Binası və Anadolunun ilk məscidi olan Həbib-i Neccar məscidi dağıdılıb.

Zəlzələdən sonra qruplar Adıyamanın Kahta rayonunda Kommagene Krallığına aid möhtəşəm abidələrin yerləşdiyi Nemrut dağına çatmaq üçün sıx səy göstərib. Qarla örtülmüş ərazidə edilən ilk müayinədə heykəllərdə heç bir zədə aşkar edilməyib.

7NEWS.az

RƏYLƏR