Zəlzələnin dağıntıları altında qalanlar arasında futbolçu və voleybolçular da var

OXUNUB: 142 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Türkiyədə bu səhərə yaxın baş verən güclü zəlzələnin dağıntıları altında qalanlar arasında futbolçu və voleybolçular da var. "Malatya Büyükşehir Belediyespor"un 6 voleybolçusunun qaldığı otel uçub. Hələlik onlardan üçü xilas edilib. 1-ci liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan dağıntılar arasında qalıb. Onun həyat yoldaşı dağıntılar altından çıxarılıb, 28 yaşlı futbolçunun xilasolunması üçün işlər aparılır.

7NEWS.az

RƏYLƏR