Zərdabda əməliyyat: vəzifəli şəxslər həbs edildi — RƏSMİ

OXUNUB: 1057 HADİSƏ

Zərdab Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tutulub.


Zərdab Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərovun "MediaPost”a verdiyi məlumata görə, Rayonun İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Sahid Abuseyid oğlu Əhmədov rayon prokurorluğuna dəvət olunaraq, orada həbs edilib.


Başçının köməkçisi bildirib ki, Sahid Əhmədovla yanaşı, Yarməmmədbağı kəndinin keçmiş icra nümayəndəsi Ramil Xəlilov və həmin kəndin hazırkı bələdiyyə sədri Sahib Xəlilov da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Qeyd edək ki, bu barədə ilk məlumatı "avropa.info” saytı dərc edib.


RƏYLƏR