Üzüyü qaytaran nişanlısını öldürdü - TƏFƏRRÜAT

OXUNUB: 597 SOSİAL

Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

İcmal.Az-ın məlumatına görə, hadisənin baş verməsinə səbəb Aytən Cəfərovanın nişanı pozması olub. 

Üç gün əvvəl Sabir Qədimov ilə Aytən Cəfərovanın elçilik mərasimi baş tutub. Elçilikdən sonra cütlük yenidən görüşüb və onların arasında mübahisə baş verib.

Ötən gün gecə saat 21:00 radələrində qız oğlanı evlərinə çağıraraq nişan üzüyünü qaytarıb.

Sabir Qədimov evlərinə gəlib və babasına məxsus ov tüfəngini götürərək, qızın evinə qayıdıb.

Onların arasında yenidən mübahisə yaşanıb. Bu zaman Sabir Qədimov tüfənglə atəş açıb. Qızın anası özünü güllənin qabağına atıb.

Hadisə nəticəsində xəsarət alan ana və qızı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq 2001-ci il təvəllüdlü Cəfərova Aytən Mehman qızının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR