Bakıda daha bir avtobus sürücüsü qaydaları pozdu - VİDEO

OXUNUB: 904 GÜNDƏM HADİSƏ

Bakıda daha bir avtobusda sərnişin sıxlığı müşahidə olunub.

Söhbət 136 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusdakı vəziyyətdən gedir.

Sürücülər ölkə ərazisində koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən qaydaları kobud şəkildə pozur.

Sərnişin sıxlığının yaranmasına səbəb sürücülərin oturacaq yerlərinin sayından çox sərnişin götürməsi, eləcə də, vətəndaşların da ciddi zərurət olmadan evdən çıxmasıdır.

Xatırladaq ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazilər Kabineti yanında operativ qərargah tərəfindən tətbiq edilən xüsusi karantin rejimi daha da gücləndirilib./oxu

İcmal.Az

RƏYLƏR