Əməkdar artist Abbas Bağırov toyu barədə yayılan xəbərlərə münasibət bildirib.
İcmal.Az xəbər verir ki, "Hər şey daxil” verilişinə qonaq olan sənətçi 3 gün toy edəcəyini söyləyib:
"Toyum başqa cür olacaq. Musiqiçi olduğumdan istəyirəm ki, öz şad günümü həmkarlarımla bölüşüm. Toy 3 gün olacaq. Bəy-gəlin olan məclis isə ailə daxilində baş tutacaq. Heç istəmirəm ki, qapıda vağzalı çalınsın, o səs mənim ürəyimdə eşidilir. Əsas xoşbəxtlik olsun, qalanı boş şeydir”.
Xatırladaq ki, Abbas ikinci dəfə ailə həyatı qurur, onun bir qız övladı var. Sənətçinin toyu mayın 23-də baş tutacaq. O, öz qohumu ilə ailə qurur.