ABŞ-da gün ərzində 14 minə yaxın insan koronavirusa yoluxub

OXUNUB: 416 DÜNYA

ABŞ-da son sutka ərzində koronavirusa yoluxanların sayı 13 min 960 nəfər olub.

RİA-nın məlumatına görə, bununla Birləşmiş Ştatlarda virusa yoluxanların ümumi sayı 38 min 167 nəfərə çatıb. 

Hazırda ABŞ bu göstəriciyə görə dünya üzrə üçüncü yerdədir. İlk yerlərdə Çin və İtaliya qərarlaşıb. 

ABŞ-da koronavirusdan ölənlərin sayı isə 396-ya bərabərdir.

 

 
7News.Az

RƏYLƏR