ABŞ-da polis 17 yaşlı gənci güllələyib

OXUNUB: 771 DÜNYA

ABŞ-ın Los-Anceles şəhərində bədbəxt hadisə qeydə alınıb.

Bu barədə "CBS Los Angeles” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, polis gecə vaxtı şənlik keçirilən evə yaxınlaşıb. Bu zaman onlara it hücum edib. İt polislərdən birinin ayağını dişləyib. Heyvanı zərərsizləşdirmək üçün açılan atəş nəticəsində yerə dəyən güllələrdən biri yaxınlıqdakı oğlana dəyib. 17 yaşlı oğlan xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

"O, özünün olmayan iti müdafiə etməyə çalışarkən həyatını itirdi”,-deyə ölən gəncin qohumu söyləyib./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR