ABŞ Pakistana yardımı dayandırdı

OXUNUB: 465 DÜNYA

ABŞ Pakistana təhlükəsizlik məsələlərində yardımı dayandırıb.

 Bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Hezer Nauert bildirib.

"Bu gün biz təsdiq edə bilərik ki, Pakistana milli təhlükəsizlik sahəsində yardımı dayandırırıq, ancaq milli təhlükəsizlik sahəsində”, - deyə o vurğulayıb.

Nauert qeyd edib ki, bu qərar Pakistan hakimiyyətinin terrorçuluqla mübarizədə kifayət etməyən tədbirlərinə cavabdır.

"Pakistan daha qətiyyətli hərəkətlər etməlidir”, - deyə o əlavə edib.

Daha əvvəl ABŞ mətbuatı Donald Tramp administrasiyasının Pakistana təhlükəsizlik sahəsində yardımın dayandırılması planını elan etməyə hazırlaşdığını xəbər verib./oxu

İcmal.Az

RƏYLƏR