ABŞ Somali hökumətinin tələbi ilə Əl-Şəbab təşkilatına hava hücumu həyata keçirdiklərini açıqlayıb. Açıqlamada, hücumda 27 təşkilat üzvünün öldüyü bildirilib.
7NEWS.az xəbər verir ki, ABŞ Afrika Qüvvələri (AFRICOM) Komandanlığı Somalidə həyata keçirdikləri hava hücumu nəticəsində Əl-Şəbab təşkilatının 27 üzvünün öldürüldüyünü açıqlayıb. Son aylarda Somaliyə xüsusi təyinatlı bölmələri yerləşdirən ABŞ bu ölkədəki Əş-Şəbab təşkilatına qarşı hava hücumlarını davam etdirib.
7NEWS.az