An-148 qəzasının əsas səbəbi açıqlandı

OXUNUB: 223 DÜNYA

Fevralın 11-də Moskva şəhərinin kənarında yerə çırpılmış Saratov Hava Yolları şirkətinə aid An-148 sərnişin təyyarəsi mühərrikin lazımi səviyyədə qızdırılmaması səbəbindən qəzaya uğrayıb.

Bu barədə "Snoba” araşdırma ilə əlaqəli mənbəyə istinadən məlumat yayıb.

Aviaqəza ilə bağlı əsas ehtimal pilotun uçuşdan əvvəl turbinləri lazımınca qızdırmaması və antifrizin lazımi miqdarda olub-olmadığını yoxlamamasıdır.

Bundan əvvəl yayılan xəbərə görə, ötən il aparılan texniki baxış zamanı təyyarənin  reduktorlarında yağın mövsümə uyğun dəyişmə qaydalarının və hava starteri filterinin təmizlənməsi qaydalarının pozulması faktı ortaya çıxıb, son uçuşdan əvvəl isə təyyarənin kapitanı buzlanmadan qoruyan vasitəni, yəni antifrizi tətbiq etməkdən imtina edib. 

Saratov Hava Yolları şirkətinə aid An-148 sərnişin təyyarəsi fevralın 11-də, Ramensk rayonunda Domodedovo aeroportundan qalxdıqdan dörd dəqiqə sonra qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində altı ekipaj üzvü və 65 sərnişin, o cümlədən üç uşaq olub. Qəzadan sağ çıxan olmayıb./oxu

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}