Anası illərlə yolunu gözlədi: "gəldi", başını kəsdi - FOTO

OXUNUB: 843 DÜNYA

Türkiyənin Samsun şəhərində bir şəxs anasını amansızlıqla qətlə yetirib.

Hadisə Samsunun Terme mahalının Çay Məhəlləsində, axşam saat 10 radələrində baş verib. Əldə edilən məlumata görə, subay olduğu öyrənilən və anası ilə birlikdə yaşayan Həsən Əli K. (38) evlərinin mətbəx hissəsindəki kresloda 79 yaşlı anası Seher K.-nın boğazını çörək bıçağı ilə kəsərək öldürüb.


 
Terme mahalı Təhlükəsizlik İdarəsinə gedən Həsən Əli Kumbasar "Anamın başını kəsərək öldürdüm" deyərək polisə təslim olub. Evə gedən polislər yaşlı qadını divanın üzərində boğazı tamamilə kəsilmiş halda tapıblar.

Qohumları bir qızı bir oğlu olan qadının uzun illər uşağının olmadığını, ilk uşağı Həsən Əli K. üçün qurban kəsdiyini deyiblər.
 
Hadisə ilə əlaqədar istintaq davam edir./milli.az

İcmal.Az

RƏYLƏR