Arvadının xəyanət etdiyindən şübhələnən ər DƏHŞƏTLİ ADDIM ATDI - QANDONDURAN HADİSƏ

OXUNUB: 1146 DÜNYA
Cani ər həyat yoldaşının əllərini kəsib.

İcmal.Az  goldnews.az-a istinadən xəbər verir ki, 26 yaşlı Rusiya vətəndaşı Dmitri Qraçyov başqası ilə gizli əlaqəsi olduğunu düşündüyü arvadını meşəyə aparıb və iki əlini də kəsib.

Arvadından şübhələnən şəxs iki uşaq anası arvadı Margaritanın balta ilə əlinin barmaqlarını bir-bir kəsməyə başlayıb və yaşadığı gizli əlaqəni etiraf etməsini istəyib. 25 yaşlı qadın israrla əlaqəsi olmadığını deyəndə Qraçyov yoldaşının hər iki əlini biləkdən balta ilə kəsib.

Daha sonra qan içində qalan yoldaşını avtomobil ilə xəstəxanaya aparan kişi polisə təslim olub.

Həkimlər qadının sol əlini xilas etməyi bacararkən, sağ əlinin çox zərər gördüyü üçün xilas edilməsinin mümkün olmadığı söylənib.

Cani ərinin daha əvvəl də həyat yoldaşına qarşı zorakılıq etdiyi və buna görə qadının polisə getdiyi, polisin isə hər hansı bir addım atmadığı, yalnız danışaraq Qraçyovu inandırmağa çalışdığı qeyd olunub.

Arvadının xəyanət etdiyindən şübhələnən ər DƏHŞƏTLİ ADDIM ATDI - QANDONDURAN HADİSƏ
Arvadının xəyanət etdiyindən şübhələnən ər DƏHŞƏTLİ ADDIM ATDI - QANDONDURAN HADİSƏ
İcmal.Az

RƏYLƏR