Beynəlxalq Kosmik Stansiyanın astronavtları açıq kosmosa çıxıblar.
Amerikalı astronavt Peqqi Uitson və Cek Fişer həftənin cümə günü açıq kosmosa çıxma əməliyyatını həyata keçiriblər.
Bu barədə NASA-nın saytında məlumat yerləşdirilib.
Kosmonavtlar stansiyanın ətrafına yüksək keyfiyyətli kamera və simsiz antenalar quraşdırıblar, bir sıra tapşırıqları yerinə yetiriblər.
Bu sayca 200-cü çıxış idi və 4 saat 13 dəqiqə davam edib. Əməliyyata fransız astronavt Tom Peske kömək edib. Əvvəlcə bəzi problemlər olsa da, əməliyyat uğurlu alınıb./olke.az
İcmal.Az