“Atamın silləsini yemişəm” - Məlahət Abbasova + Video

OXUNUB: 87 MƏDƏNİYYƏT

ARB TV-də "Ömrün fəsilləri” verilişinin növbəti qonağı Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova maraqlı açıqlamalar verib.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, o, ailəsindən və atası ilə münasibətindən bəhs edib:

"Atam diktator idi. Çox hirslənəndə şilləsini yemişəm. Anam da çox sərt idi. O zamanın mentalitetində qız uşağının üzərində daha çox titrəyirdilər. Atamın mənim aktrisa olmama icazə verməsinə özüm də şok oldum. Atama deyəndə ki, İncəsənət universitetinin aktyorluq fakültəsinə imtahana girmək istəyirəm mənə mənfi nəsə demədi. Nə anam, nə də atam mənə qarşı çıxmadı. Yəqin ki, mənə inamı var idi. Onun da özünə görə qanunları var idi. Açıq-saçıq, öpüşmə və s. tipli səhnələrin olmasını istəmirdi. Atam deyirdi ki, ön sırada olacam tamaşa zamanı, xoşuma gəlməyən nəsə olsa, səhnəyə çıxacam. Belə qorxularım var idi. Heç bir maneəçilik görmədim. Atamın qısqanclıqları çox idi. Tamaşadan sonra atam həmişə gəlib məni evə aparırdı. Bir tamaşaçı 2 gün əlində çiçəklə məni gözləyirdi. Atam bunu 2 gün dalbadal gördü və əsəbiləşdi. Hətta atam çiçəyi əlimdən alıb oğlanın gördüyü formada yerə atdı. Oğlanı bir daha görmədim”.

 

RƏYLƏR