Atlantikdə "Olga" və "Pablo" tropik fırtınaları meydana gəlib

OXUNUB: 568 DÜNYA
Meksika körfəzində "Olga" adı verilən bir tropik fırtına meydana gəlib. İCMAL.az-ın məlumatına görə, fırtına şimali-şərq istigamətində hərəkət edir. Sinoptiklərin məlumatına görə, küləyin maksimal sürəti saatda 64,3 kilometrə çatıb. Fırtınanın sürəti isə saatda 28,9 kilometrdır. Mütəxəssislərin fikrincə, fırtına şənbə günü ABŞ-ın cənub-şərq sahilinə çatacaq. Bundan əlavə, Atlantikanın şimal-şərqində Portuqaliyanın Azor adaları yaxınlığında "Pablo" adlı tropik fırtına yaranlb. Küləyin sürəti saatda 72,4 kilometrə, fırtınanın sürəti isə saatda 16 kilometrə çatıb.

RƏYLƏR