Xəbər verdiyimiz kimi, məşhur teleaparıcı İlqar Mikayıloğlunu Füzuli rayonunda "İlqarla bir gün" verilişinin çəkilişləri zamanı ilan sancıb.
Teleaparıcının həyat yoldaşı Zülfiyyə Bayramova onun hazırkı səhhəti barədə məlumat verib.
"Aparıcıya lazım olan bütün təcili-tibbi müdaxilələr göstərilib. Vəziyyəti normaldır. Hazırda Bakıya gətirilir”, - deyə o bildirib.
14.26
ATV-nin aparıcısı İlqar Mikayıloğlunu Füzuli rayonu, Haramı düzündə çəkiliş zamanı ilan sancıb. Aparıcı yeni layihəsi olan "İlqarla bir gün" verilişini çəkirmiş.
Bu barədə teleaparıcının həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib. Teleaparıcının səhhəti ağır olduğundan dərhal hospitala çatdırılıb. /oxu
İcmal.Az