Çavuşoğlu ABŞ Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanımasına münasibət bildirib

OXUNUB: 551 DÜNYA
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı”nı tanımasına münasibət bildirib. Türkiyə XİN başçısı "Twitter”də yazıb ki, tarixi siyasətə alət edənlərin bu qərarı utancvericidir. Onun sözlərinə görə, Türkiyə Suriyanın şimalında "Barış bulağı” hərəkatı ilə böyük oyunu pozub.
"Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar. Bu qərarın hökumətimiz və xalqımızın üçün heç bir önəmi yoxdur”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası qondarma "erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib. Bundan başqa, Palata Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ilə bağlı müəyyən sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib.

RƏYLƏR