7NEWS.az xəbər verir ki, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanının neft sənayesini vurmaqla bağlı Rusiya televiziyasında çağırış etmişdi. Kremlin mətbuat katibi Dmitri Peskov Delyaqinin açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb: "Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırırıq. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”,- Rusiya prezidentinin sözçüsü deyib.
Bu dəqiqələrdə isə Delyaqinin üzr videosu yayılıb. TV7 Azerbaijan videonu təqdim edir: