"Red Bull” komandasının pilotu Daniel Rikkardo Bakıda səfərdədir.
İcmal.Az xəbər verir ki, səfər çərçivəsində 2017 Formula-1 Azərbaycan Qran-Prisinin qalibi, "Red Bull” komandasının pilotu Daniel Rikkardo İçərişəhərdə olub.
Qız qalasını ziyarət edən pilot "ABAD” sərgi-satış mərkəzində olub.
Qonağa "ABAD”-çı sənətkarların hazırladıqları və Formula-1 yarışlarına həsr olunmuş "Bakılı pilot” suveniri hədiyyə edilib.
Qeyd edək ki, Formula-1 azarkeşlərinin sevimlisi D.Rikkardo paytaxtda olarkən Bakı Şəhər Halqasında (BŞH) keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq.
Səfərlə əlaqədar şəkilləri təqdim edirik:
İcmal.Az