Azərbaycan yığması Norveçə uduzdu — VİDEO

OXUNUB: 1093 İDMAN
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi səfərdə Norveç yığması ilə qarşılaşıb.

İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, oyunda ilk qolu meydan sahibləri vurublar. Bədavi Hüseynovun kobudluğundan sonra 32-ci dəqiqədə Coşua Kinq qapımıza təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirib.

59-cu dəqiqədə millimizin kapitanı Rəşad Sadıqov avtoqol müəllifi olub. Bu, matçda sonuncu qol olub - 2:0.

Beləliklə, komandamız C qrupunda 7 oyundan 7 xalla 5-ci pillədə qərarlaşıb.
 
İcmal.Az


RƏYLƏR