"Bacı" ləqəbi ilə tanınan "kedicik" də həbs edildi - FOTO

OXUNUB: 695 DÜNYA
Polisin keçirdiyi əməliyyatzamanı qaçdığı iddia edilən "kedicik" Tülay Kumaşçı tutulub.

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İTÜ riyaziyyat mühəndisliyi fakultəsindən məzun olan T.Kumaşçı "kedicik"lər arasında "Bacı" ləqəbi ilə tanınıb.

Əməliyyatın hədəfində 106-sı qadın olan 235 nəfərdir. Hələ ki 186 nəfər saxlanılıb. Oktar qrupunun önəmli isimlərindən olan Tarkan Yavaş da polis tərəfindən axtarışdadır. 

Əməliyyatla 17 qız uşağının Adnan Oktar qruplaşması tərəfindən təcavüzə məruz qaldığı öyrənilib.

İcmal.Az

RƏYLƏR