Rusiya İŞİD lideri Əl-Bağdadi ilə bağlı növbəti açıqlama verib.
XİN rəhbərinin müavini Oleq Sıromolotov böyük ehtimalla Əl-Bağdadinin Rusiya hava-kosmik qüvvələrinin endirdiyi zərbələr nəticəsində öldüyünü bəyan edib:
"Əgər bu məlumat təsdiqini tapsa, Rusiya Hava-Kosmik Qüvvələrinin beynəlxalq terrorizmlə mübarizədə növbəti böyük uğuru təsdiqlənəcək”.
Qeyd edək ki, hadisə Rusiyanın bu ilin mayın sonunda Rakka şəhərinə endirdiyi hava zərbələri zamanı qeydə alınıb. /qafqazinfo
İcmal.Az