Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-roma güləşi üzrə yarışlarda güləşçimiz Rafiq Hüseynov (80 kq) dörddəbir finalda xalça üzərinə çıxıb.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, ilk görüşdə idmançımız Qırğızıstan təmsilçisi Azisbekov Atabek ilə qarşılaşıb. Mübarizə 5:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb. Beləliklə, güləşçimiz yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İcmal.Az