Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatacaq.
İcmal.Az-ın məlumatına görə, bağlanış mərasimindən əvvəl - son yarış günündə stolüstü tennis komandalarının final görüşləri keçiriləcək. Qadınlardan ibarət millimiz finalda İran yığması ilə qarşılaşacaq.
10:00 - 15:30 |
Kişilər komanda - final |
|
Kişilər komanda - medal mərasimi |
|
Qadınlar komanda - final |
|
Qadınlar komanda - medal mərasimi |
Tennis turnirində fərdi yarışların qalibləri müəyyənləşəcək.
10:00 - 16:00 |
Kişilər fərdi - finallar |
|
Kişilər fərdi - medal mərasimi |
|
Qadınlar fərdi - finallar |
|
Qadınlar fərdi - medal mərasimi |
Uşu yarışında ən güclülər məlum olacaq. Üçqat Avropa çempionumuz Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.
11:00 - 13:40 |
Kişilər 48 kq |
|
Kişilər 52 kq |
|
Kişilər 56 kq |
|
Kişilər 60 kq |
|
Kişilər 65 kq |
|
Kişilər 70 kq |
|
Kişilər 75 kq |
Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İcmal.Az