Bakı-Şamaxı yolunda QƏZA - 1 ölü, 3 yaralı

OXUNUB: 28 GÜNDƏM HADİSƏ
Bu gün səhər Bakı - Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İCMAL.az-ın məlumatına görə, hadisə Bakı - Şamaxı - Yevlax yolunun 102-ci kilometrliyində qeydə alınıb. Belə ki, Acıdərə istiqamətində baş verən qəzada iki "VAZ" toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi isə qadındır. Yaralananlar müxtəlif dərəcəli xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

RƏYLƏR