Bakıda avtomobil yaşlı qadını vuraraq öldürüb

OXUNUB: 556 HADİSƏ

Paytaxtın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Sadıqova Aidə Müzəffər qızı Bakıxanov qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR