Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Nəsibova Nazlı Tərxan qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib./report
İcmal.Az