Bakıda qadının telefonunu oğurlayan şəxs saxlanılıb.
İcmal.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini olan bir qadının mobil telefonunu açıq talama yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Emil Qəribov tutulub.
Fakt üzrə araşdırmalar davam etdirilir.
İcmal.Az