Baş Patrul Xidmətinin rəisi kabinetində öldürüldü

OXUNUB: 733 DÜNYA

Özbəkistan Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin (DİN PPX) və ictimai asayişin mühafizəsi rəisi Dilşod Əkrəmov qətlə yetirilib.

İcmal.Az "Gazeta.uz” nəşrinə istinadən xəbər verir ki, bu haqda ölkənin Baş prokurorluğu məlumat yayıb.

Dilşod Əkrəmovun cəsədi avqustun 4-ü saat təxminən 21:10-da paytaxtda Taras Şevçenko küçəsində yerləşən xidməti kabinetində zorakı ölümün izləri ilə aşkar edilib. O, naməlum şəxs tərəfindən bıçaq zərbəsi ilə öldürülüb. Hadisə yerindən qaçan cinayətkarın axtarışları davam edir.

Daşkənd prokurorluğu Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci hissəsi üzrə (xüsusi qəddarlıqla qəsdən öldürmə) cinayət işini qaldırıb.

İcmal.Az

RƏYLƏR