Bazara tək getidiyi üçün başını kəsdilər

OXUNUB: 865 DÜNYA

30 yaşlı qadın təkbaşına bazara getdiyi üçün qətlə yetirilib. Qatillər tutulub.

Faciə Əfqanıstanın şimalındakı Sare Pul bölgəsindəki Latti kəndində yaşanıb.

Vilayətin qubernatoru Zəbullah Əmaninin dediyinə görə, qadının əri hazırda İrandadır.

"Qadının əri fəhlədir və İranda tikintidə işləyir. 30 yaşlı qadın da "ərindən icazəsiz bazara getmək"də suçlanaraq qətlə yetirilib. Bu qadın ailəsini əvvəlcədən xəbərdar etməməkdə və kişi qohumlarından icazə almamaqda "suçlanıb". Qətldə şübhəli bilinən iki şəxsi tutulub", - Z.Əmani deyib.

 
 

Onun sözlərinə görə, qadının başını AK-47 avtomatının süngüsü ilə kəsiblər./milli

 İcmal.Az


RƏYLƏR