Belçikanın Antverpen şəhərində binada baş verən partlayış nəticəsində xəsarət alanların sayı 14 nəfərə çatıb.
Bu barədə yerli polisin "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "İlkin məlumatlara görə, 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır".
Bildirilir ki, xilasedicilər dağıntılar altından 4 nəfəri xilas ediblər, dağıntılar altında daha 3 nəfər qala bilər.
03:16
Belçikanın Antverpen şəhərində binada partlayış baş verib.
Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Bundan əlavə partlayış baş verən bina uçub, yaxınlıqdakı iki bina isə zərər görüb.
"RTBF" telekanalının məlumatına əsasən, partlayış məişət qazının sızması nəticəsində baş verib./trend
İcmal.Az