Bəşəriyyəti heç nə XİLAS EDƏ BİLMƏYƏCƏK: 2050-ci ildə... – Məhvedici prosesin DETALLARI

OXUNUB: 707 DÜNYA

Stokholm Universitetinin (İsveç) alimləri aydınlaşdırıblar ki, İqlim üzrə Paris Razılaşması ilə nəzərdə tutulmuş ölçülər temperaturun 2050-ci ilə kimi 1,5-2 dərəcə çərçivəsində artmasını saxlamağa imkan verəcək. Bu müqaviləyə əsasən, inkişaf etmiş sənaye ölkələri öz iqtisadiyyatını "yaşıl texnologiyalar”a yenidən yönəldərək XXI əsrin ortalarına kimi parnik qazlarının havaya buraxılmasının azaldılması üzrə öhdəlik götürüblər.

 İsveç alimlərinin sözlərinə görə, razılaşma üzrə lazımı addımlar atılmasa, 2050-ci ilə qədər Yer kürəsində orta temperatur 4-5 dərəcəyə kimi yüksələcək.

Nəticədə planetimiz "böyük istixana”ya çevriləcəkvə bir çox regionlar yaşamaq üçün yararsız olacaq.

Bundan başqa, mütəxəssislər yazırlar ki, parnik qazlarının tullantıları qlobal iqlimə təsir edən tək amil deyil. Əks-təsir prinsipi üzrə baş verən başqa arzuolunmaz proseslər atmosferin sonrakı isitməsinə imkan yarada bilər. Bu, hətta parnik qazlarının tullantılarının kəskin ixtisarı halında da baş verə bilər. Alimlər qeyd edirlər ki, buzun daimi əriməsi, metanın okean dibindən qalxması, quru və okean tərəfindən udulan karbonun həcminin azalması, Amazon çay hövzəsində meşə massivlərinin azalması, bakterial tənəffüs intensivliyinin artması, həmçinin Arktika və Antarktikada buzlaq sahələrinin tədricən yoxa çıxması belə proseslərdir. Atmosferdə parnik qazlarının konsentrasiyasının artması sürətli zəncir reaksiya olacaq və bəşəriyyət heç nə edə bilməyəcək.

Hesablamalara görə, 2100-ci ilə qədər istiləşməyə doğru tendensiya qalacağı təqdirdə sahilyanı meqapolisləri su basacaq, eləcə də bəzi adalar, o cümlədən Maldiv adaları su altında qalacaq.

Mütəxəssislər əmindirlər ki, yalnız "yaşıl iqtisadiyyat”a sürətli keçid Yer kürəsini qlobal istiləşmədən xilas edə bilər. Tədqiqatçıların fikrincə, tempuraturun artımını 1,5-2 dərəcə daxilində saxlamaq və dönməz ekoloji proseslərin qarşısını almaq üçün sənaye cəhətdən inkişaf etmiş dövlətlər öz iqtisadiyyatlarını mümkün qədər tez "yaşıl iqtisadiyyat”a yönləndirməlidir.

Bundan başqa, "böyük istixana” ssenarisindən qaçmaq üçün yeni texnologiyaların inkişafı vasitəsilə torpaqların və biomüxtəlifliyin qorunub saxlanılması, həmçinin atmosferdən karbon qazının udulması üçün yeni texnologiyaların inkişaf və yeni meşə massivlərinin salınması lazımdır.

alimləri də xarici həmkarların tədqiqatlarının nəticələri ilə razılaşırlar. Onlar qeyd edirlər ki, İqlim üzrə Paris Razılaşması ilə nəzərdə tutulmuş tədbirlər kifayət qədər effektiv deyil. Fizika-riyaziyyat elmləri namizədi, Kiselyov adına Baş geofiziki rəsədxanasının böyük elmi işçisi Voyeykov Andrey qeyd edir ki, razılaşmanın iştirakçıları həmişə ona riayət etmirlər.

2017-ci ilin iyununda prezident Donald Tramp ABŞ-ı razılaşmadan çıxardı. Amerika liderinin fikrincə, ABŞ-ın belə müqavilələrdə (ABŞ parnik qazlarının tullantılarının həcminə görə ikinci ölkədir) iştirakı yalnız milli sənayeyə zərbə vurur.

Çin atmosferə buraxılan karbon qazının miqdarına görə liderdir. 2008-ci ildə Çinin payına tullantıların təxminən 20 faiz düşürdü. Bununla belə, Çin hökuməti Paris razılaşmasını imzalayaraq, bu göstəricini adambaşına hesablanmasını xahiş etdi. Və, beləliklə, Pekin bildirdi ki, qlobal istiləşmə ilə mübarizə aparmağa ilk növbədə amerikalılar məcburdur, çünki, Çinin əhalisi ABŞ-ın əhalisindən təxminən dörd dəfə çoxdur.

"Çinlilər həmçinin bildirirlər ki, malların çoxu onun ərazisində istehsal edilir və sonra bütün dünyaya daşınır. Bildirilir ki, Almaniya öz tullantılarını azaltmalıdır, çünki, bir çox malı özü istehsal etmir, onları Çindən alır. Pekinin "güzəşt” əldə etmək üçün irəli sürdüyü tələblər çox əsaslandırılmamış görünür. Əlavə edək ki, hər ölkə Paris razılaşmasına daxil olaraq özü üçün sərfəli olan şeyləri tələb edir. Və razılaşmada heç bir aydınlıq yoxdur”, - Kiselyov qeyd edib./publika

İcmal.Az

RƏYLƏR