Bəy atası oğlunu və gəlinini öldürdü - Qəribə səbəb

OXUNUB: 962 DÜNYA

Pakistanda yeni ailə quran cütlük öldürülüb.

Pakistanda yeni ailə quran 24 yaşlı Abdul Hadi ilə 19 yaşlı Hasina Bibi ailələrinin razılıqları olmadan evləndiklərinə görə qətlə yetiriliblər.

Polisin verdiyi məlumata görə, cinayətlə bağlı 10 nəfər saxlanılıb. Hadisə Pakistanın liman şəhəri olan Karaçinin cənubunda baş verib.

 

Qasım Həmid adlı polis rəsinin açıqlamasında bildirilir ki, bu ayın əvvəlində evlənən cütlüyü onların yaxın qohumları öldürüb. Cinayəti törədən şəxslər tutulublar. Onların arasında bəyin atası da var./milli

İcmal.Az

RƏYLƏR