Binəli Yıldırım: “ABŞ ağlını başına toplasın, əks halda...”

OXUNUB: 576 DÜNYA

"Lazım olan addımları atacağıq, bunun üçün hər hansı birindən icazə almağımıza ehtiyac yoxdur”.

Bunun Türkiyənin Baş naziri Binəli Yıldırım makedoniyalı həmkarı Zoran Zayevlə Ankarada keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Ankaraya gözlənilən səfərinə toxunan baş nazir Vaşinqtonun YPG-ni (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) sövdələşmə aləti olaraq istifadə edəcəyinə dair iddiaları şərh edib.

"Türkiyənin mövqeyi açıq və aydındır. Hansı terror təşkilatı olursa-olsun , sərhədlərimizi təhdid edərsə, amansız şəkildə cavab verəcəyik. Məqsədimiz Afrin bölgəsini terror təşkilatlardan təmizləmək və o bölgədəki insanların torpaqlarına qayıtmasını təmin etməkdir. Biz çirkli bir bazarlıqda iştirak etməyəcəyik. NATO-dakı müttəfiqimiz ABŞ artıq ağlını başına toplayaraq, bir qərar verməlidir. ABD bunu edərsə, çox yaxşı, etməzsə, biz də etdiklərimizi davam etdirəcəyik. Həm Afrində, həm də digər bölgələrdə terror təhdidinə son qoymaq üçün bütün lazımı addımları atacağıq, hər hansı birinin icazəsinə ehtiyacımız yoxdur”./publika

İcmal.Az

RƏYLƏR