Britni Spirs 24 yaşlı iranlıya nişanlandı – FOTO + VİDEO

OXUNUB: 648 ŞOU-BİZNES

36 yaşlı Britni Spirslə 24 yaşlı Sem Asqari nişanlanması ilə bağlı məlumatlar yayılıb.

 Pop-ifaçıya yaxın olan insanlar bildirir ki, cütlüyün münasibətləri bu bir il ərzində daha da möhkəmlənib.

"Britni həqiqətən xoşbəxtdir və o nişanlansa belə, mən təəcüblənmərəm” – deyə mənbə bildirib.

Söz-söhbətlərə səbəb isə, Havay adalarında Semlə birgə dincələn Britninin barmağında nişan üzüyünün görünməsi olub.

"Sem, Britninin övladları ilə yaxşı davranır, bu isə ifaçını ikiqat xoşbəxt edir”- deyə mənbə əlavə edib.

Qeyd olunur ki, S.Asqari, sevgilisinin iş qrafikinə anlayışla yanaşır.

İran əsilli Sem Asqari 9 ildir ki, ABŞ-da yaşayır. O, model və fitnes məşqçi kimi çalışır. Sem və Britni "Slumber Party” klipinin çəkilişləri zamanı tanış olublar.

Qeyd edək ki, Britni Spirslə sevgilisinin yaş fərqi 12 il təşkil edir./oxu

 

İcmal.Az

RƏYLƏR