Dağıstanda kənd məscidinin imamı güllələnərək öldürülüb

OXUNUB: 576 DÜNYA

Dağıstanın Xasavyurt rayonunun Mutsalul kənd məscidinin imam camaatı naməlum şəxslər tərəfindən güllələnib.

Bu barədə bazar günü respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.

"Məscidin imamı öz evinin yanında qətlə yetirilib. İlkin məlumata görə, əvvəlcə naməlum şəxslərlə münaqişə olub, daha sonra onu güllələyiblər", - deyə həmsöhbət bildirib və imama "Makarov" tipli tapançadan 7 dəfə atəş açıldığını qeyd edib.

Hadisə yanvarın 6-da Bakı vaxtı ilə təqribən 23:00-da baş verib./report

 

 

İcmal.Az

RƏYLƏR