Dörd ölkənin axtardığı terrorçunun ölümü təsdiqləndi

OXUNUB: 690 DÜNYA

Noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş şəxslərdən biri Əhməd Çatayev olub. 

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, Ə. Çatayevin şəxsiyyəti ABŞ-dan gələn mütəxəssislərin köməyilə aparılmış ekspertiza nəticəsində müəyyən olunub.

Qeyd edək ki, antitterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, 1 nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb.

icmal.Az

RƏYLƏR