Dubayda ilk robot-polis xidmətə başlayıb – FOTO

OXUNUB: 808 DÜNYA

Dubayda ilk robot-polis rəsmi olaraq polis xidmətinə başlayıb. 

Bu barədə mayın 21-də "Arabian Business” nəşri məlumat yayıb. 

Robotun hündürlüyü 170 sm, çəkisi 100 kq-dır. O, 1,5 metr məsafədə insanların siamlarındakı ifadəni və jestləri tanımaq üçün emosiya detektoru ilə təchiz edilib. Beləliklə də robot insanlar ilə əlaqə quraraq qayda pozanları üzə çıxarmağı bacarır.  

Robot quraşdırılmış naviqator sayəsində yolu itirmir, ərəb və ingilis dili daxil olmaqla altı dildə danışır. Vətəndaşlar onun yardımı ilə kredit kartları vasitəsilə polis xidmətlərinin ödənişini edə bilərlər.  

Küçə və ticarət mərkəzlərində növbə çəkən "Robocop” müvafiq videoları təqdim edəcək və asayiş keşikçilərinə cinayətkarları tapmağa yardım edəcək.

Polisdən verilən məlumata görə, polis ictimai yerlərdə insanlara yardım edəcək, eləcə də qaydaları pozanlar ilə mübarizə aparacaq. /oxu.az

İcmal.Az

 

RƏYLƏR