Dünən yol qəzasında ölən gənc aktyorun atasından ürək dağlayan sözlər - VİDEO

OXUNUB: 801 DÜNYA
Dünən motosiklet qəzasında həyatını itirən "Kiralık Aşk" serialının 21 yaşlı aktyoru Oğuzhan Tükenmezin atası İsmail Hakkı Tükenmez açıqlamaları ilə hər kəsi kövrəldib.

Övlad itkisinin böyük dərd olduğunu bildirən ata "Mən ölkələrə yük aparan bir TIR sürücüsüyəm. Cümə ertəsi saat 11 olardı mənə mesaj yazdı - "Ata, mənə biraz pul lazımdır" dedi. Məni xarici ölkədə sanırdı. Zəng edib "Oğlum xeyirdir, pulu neynirsən?" dedim. "Hardasan sən, ata" soruşdu. Dedim "Oğlum, İstanbuldayam, gəlirəm yanına. "Yaxşı o zaman, ata, yollama, evə gələndə alaram" - dedi. Getdim, nə qədər zəng etdim, açmadı. Qəza 23:15-də olmuşdu. Bir daha zəng etdim, cavab verən oldu. Bir qız cavab verdi. Heç vaxt telefonuna başqası cavab verməzdi. Mən də düşündüm ki, yəqin özü nəsə vacib işi var əlində, ona görə cavab vermədi. Amma məsələ başqa imiş"./sfera.az



 

İcmal.Az

RƏYLƏR