7NEWS.az xəbər verir ki, Əlcəzair Demokratik Xalq Respublikasının prezidenti Əbdülməcid Tebbun prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək. Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, mayın 15-17-də keçiriləcək səfər çərçivəsində Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası sabah Ankarada Ərdoğan və Tebbunun sədrliyi ilə baş tutacaq.
7NEWS.az