Əsəd müqaviləni pozdu: hücuma keçdi

OXUNUB: 923 DÜNYA

Əsəd rejimi Suriyada gecə saatlarından qüvvəyə minən 4 təhlükəsizlik zonasının yaradılması ilə bağlı müqaviləni pozub.

Müqavilənin qüvvəyə minməsindən bir qədər sonra Əsəd rejimi Hama və Der bölgəsindəki müxalifləri artilleriyadan atəşə tutub.

Müxaliflər əks zərbə ilə Əsəd qüvvələrinin hücumunu dəf edib.

Qeyd edək ki, 4 mayda Astanada Suriyada 4 təhlükəsizlik zonasının yaradılması haqqında Rusiya, Türkiyə və İran arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.

Müqavilə 6 mayda qüvvəyə minib./axar.az

İcmal.Az


RƏYLƏR