Fəryad edən ananı yumruqladılar, qızı qaçırdılar - VİDEO - FOTO

OXUNUB: 789 DÜNYA

Ananın fəryadına kimsə qulaq asmırdı. Əksinə, qadın qışqırmasın deyə, onu vurub yerə yıxdılar, 15 yaşlı qızını isə qaçırdılar.

Olay Hindistanın Racastan ştatındakı kəndlərdən birində yaşanıb.

48 yaşlı Əhməd Xan çobandır. Ötən il onun otardığı inək naxırı leysan yağışına düşmüşdü və 4 inəyi sel aparmışdı. İnək sahibləri Xandan pul tələb edirdilər. Naçar qalmış A.Xan da qonşu kənddəki Şövkət Aşainçaydan borc almışdı.

Vədə yetişəndə borcu qaytara bilməyən A.Xana "pulun əvəzinə qızını ver" tələbiylə qarşılaşır, razılaşır.

Bundan A.Xanın arvadının və qızının xəbəri yoxdu.

Dünən Şövkətin qohumları Əhməd Xanın yaşadığı kəndə yollanıblar, qızı istəyiblər.

Xanın arvadı buna etiraz edib, "Verməyəcəm qızımı!" deyib.

 

Qızın dalınca gələn iki kişidən biri qadını yumruqla vuraraq yerə yıxıb, onun ağladığını görəndə isə döyüb.

Sonra isə A.Xanın qızı qaçırılıb.

Baş verənləri A.Xanın kiçik oğlu smartfonla çəkib.

Polis olayla bağlı araşdırmalara başlayıb./milli

Fəryad edən ananı yumruqladılar, qızı qaçırdılar - VİDEO - FOTO

Fəryad edən ananı yumruqladılar, qızı qaçırdılar - VİDEO - FOTO


Fəryad edən ananı yumruqladılar, qızı qaçırdılar

İcmal.Az

RƏYLƏR