Fransada 4 yaşlı uşaq sevgisi uğruna evdən qaçdı

OXUNUB: 904 DÜNYA
Fransanın Turin şəhərində çox qəribə hadisə baş verib.


Babasının evində qalan 4 yaşlı kiçik qız uşağı sevdiyi oğlanı tapmaq üçün evdən qaçıb. Körpə sevgisi uğruna 3 kilometr məsafə qət edib.

Fransanın Turin şəhərinin mətbuatı bu xəbərdən yazıb. Bildirilir ki, 4 yaşlı qız uşağı yaşadığı evdən 3 km aralıda yaşayan sevdiyi oğlanı tapmaq üçün babasının evindən qaçıb.

Səhər saat 06:00 radələrində evdən əynində pijaması ilə qaçan qız Turin və Sent Epeyn arasında 1 saat ərzində 3 km məsafə qət edib. Səhər saat 07:00 radələrində gecə klubundan çıxan bir polis uşağı görərək polisə məlumat verib. Polislər isə uşağı babasının evinə qaytarıblar./olke.az
 
İcmal.Az

RƏYLƏR