Fransada “bomj” 300 min avronu necə oğurladı?

OXUNUB: 594 DÜNYA

Fransanın paytaxtı Parisin "Şarl de Qoll” aeroportunda maraqlı oğurluq hadisəsi baş verib.

Aeroportda inkassator şirkətinin xidməti otağından naməlum şəraitdə 300 min avro (600 min manat) oğurlanıb. İki kisə pul hava yolu vasitəsi ilə daşınmalı imiş, lakin bir neçə sonra sərhəd polisi xəbər tutub ki, otaqdakı pullar yoxa çıxıb. Kamera təsvirlərini təhlil edən polis oğurluğun aeroportda yaşayan "bomj”un etdiyini müəyyən edib. Kisələri götürən bomj dərhal aeroportu tərk edib. Hazırda onun axtarışları davam edir.

Bildirilir ki, hadisə vaxtı inkassasiya otağının qapısı ehtiyatsızlıqdan açıq qalıb və uzun müddətdir aeroportda yaşayan "bomj” fürsətdən dərhal istifadə edib.

Qeyd edək ki, "Şarl de Qoll” aeroportunda yüzdən çox "bomj” daimi məskunlaşıb./lent

İcmal.Az

RƏYLƏR