Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi ilk oyununu keçirib.
İcmal.Az Trend-ə istinadən məlumat verir ki, millimiz Almaniya yığması ilə qarşılaşıb. Orxan Məmmədov, Sabir Allahquliyev və Renat Sultanovun vurduğu qollar sayəsində komandamız 3:0 hesabı ilə qələbə qazanıb.